Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini endirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.