Xəzər Xəbər

Ötən il nə qədər dövlət əmlakı özəlləşdirilib?

İqtisadiyyat | 12:12 • 30 Yanvar 2024
Ötən il nə qədər dövlət əmlakı

2023-cü ildə Azərbaycanda 903 dövlət əmlakı özəlləşdirilib, dövlət büdcəsinə 2022-ci illə müqayisədə 0,4 % çox - 115,9 milyon manat vəsait daxil olub.

Xezerxeber.az xəbər verir ki, bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Abdullayev bildirib.

Onun sözlərinə görə, bununla da büdcə proqnozu 105,4 % yerinə yetirilib.

"2023-cü ildə investisiya proqramlarının icrası davam edən özəlləşdirilmiş müəssisələr də daxil olmaqla investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş dövlət müəssisələrinə 10,4 milyon manata yaxın pul qoyulub, dövlət büdcəsinə 12,2 milyon manat vəsait ödənilib, həmin müəssisələrdə 221 iş yeri açılıb. Son üç ildə isə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssoisələrə 52,1 milyon manat investisiya yatırılıb, dövlət büdcəsinə 40,1 milyon manat vəsait ödənilib, 720 yeni iş yeri yaradılıb", - deyə M.Abdullayev əlavə edib.

"Ötən il dövlət xidmətləri üzrə vətəndaşlardan, sahibkarlardan, dövlət qurumlarından və bələdiyyərdən Dövlət Xidmətinə 1,2 milyon elektron müraciət daxil olub. Ümumilikdə isə daxil olan müraciətlərin sayı 3 milyona çatıb", - deyə M.Abdullayev əlavə edib.

Rubrikanın digər xəbərləri

SOCAR-ın nə qədər işçisi var?
SOCAR-ın nə qədər işçisi var?
17:15 • 30 Sentyabr 2024
Neft bahalaşıb
Neft bahalaşıb
09:59 • 30 Sentyabr 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
09:54 • 26 Sentyabr 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:30 • 26 Sentyabr 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:04 • 24 Sentyabr 2024
Neft bahalaşıb
Neft bahalaşıb
11:00 • 23 Sentyabr 2024

Xəbər lenti