Xəzər Xəbər

Bankların kredit portfeli artıb

İqtisadiyyat | 13:36 • 23 Yanvar 2024
Bankların kredit portfeli artıb

Ötən ilin dekabr ayında bankların kredit portfeli 1,3 faiz və ya 301,7 milyon manat artaraq 23,183 milyon manat olub.

Xezerxeber.az Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri – 54,4 faiz (12,616.8 milyon manat); istehlak kreditləri – 29,9 faiz (6,937 milyon manat) və ipoteka kreditləri – 15,7 faiz (3,629.2 milyon manat). Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 195,5 milyon manat (+1,6 faiz), 67,3 milyon manat (+1 faiz) və 38,9 milyon manat (+1,1 faiz) artıb.

Ümumilikdə, 2023-cü ildə bankların kredit portfeli 18,3 faiz və ya 3,6 milyard manat artıb. Kredit portfelinin artımının 49 faizi biznes, 33 faizi istehlak, 18 faizi isə ipoteka kreditləri hesabına təmin edilib.

Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,1 faiz bəndi azalaraq 1,8 faiz təşkil edib.

Öhdəliklərin strukturunda depozit portfeli cəmi öhdəliklərin 80,1 faizi və ya 34,550.1 milyon manat təşkil edib. Depozit portfelinin 63,6 faizi (21,967.9 milyon manat) hüquqi şəxslərin, 36,4 faizi (12,582.2 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Xəbər lenti

Çox oxunanlar