Xəzər Xəbər

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yolun iqtisadi üstünlükləri olacaqmı? EKSPERT RƏYİ

İqtisadiyyat | 16:50 • 19 Yanvar 2024
Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yolun iqtisadi üstünlükləri olacaqmı?

Azərbaycan Respublikası Prezidentinin Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları dövlət Agentliyi tərəfindən ərazidə tikinti işləri davam etdirilir.

Bu yolun inşası Azərbaycanın iqtisadiyyatına necə təsir edəcək?

Məsələ ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bu yolun inşası Naxçıvanla iqtisadi əlaqəni daha da gücləndirəcək.

"Bir tərəfdən də Şərq-Qərb istiqaməti üzrə nəqliyyat və logistika yollarının yükdaşıma imkanlarının sürətini və keyfiyyətini artıracaq. Bu yolun inşası ölkəmizin tranzit haqlarından olan gəlirlərinə, digər tərəfdən isə ölkəmizin ixrac potensialına müsbət təsir göstərəcək və xarici iqtisadi əlaqələri genişləndirəcək.

Belə olduqda Naxçıvanda sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Bununla da Türkiyə və Avropaya çıxış imkanları genişlənəcək.

Ümumilikdə ölkə iqtisadiyyatı valyuta əldə edəcək və qeyri-neft sektorunun inkişafına təsir edəcək. Əsas da ölkəmizin logistik hab kimi imkanlarını genişləndirəcək", - deyə ekspert qeyd edib. (trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar