Xəzər Xəbər

Davosda Dünya İqtisadi Forumu keçirilir

İqtisadiyyat | 14:05 • 15 Yanvar 2024
Davosda Dünya İqtisadi Forumu keçirilir

Bu gün İsveçrənin Davos şəhərində 54-cü Dünya İqtisadi Forumu öz işinə başlayır. Forumun devizi “Etibarın bərpası” olacaq.

Xezerxeber.az xəbər verir ki, yanvarın 15-dən 19-na kimi keçiriləcək forumun təhlükəsizliyini təmin etmək üçün İsveçrə Müdafiə Nazirliyi 5 min hərbçini səfərbər edib.

Forumda 60-dan çox hökumət və dövlət başçısı, o cümlədən Avropa Komissiyasının, BMT, NATO, Dünya Bankının, Ümumdünya Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Avropa dövlətləri ilə yanaşı Asiya, Latın Amerikası və ərəb dövlətləri də foruma qatılacaqlar.

Yanvarın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi müraciətlə çıxış edəcək.

 

Xəbər lenti

Çox oxunanlar