Xəzər Xəbər

Həştərxandan Azərbaycana balıq tədarükünə başlanıb

İqtisadiyyat | 12:36 • 3 Yanvar 2024
Həştərxandan Azərbaycana balıq tədarükünə başlanıb

Balıq delikatesləri, o cümlədən, qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq Azərvaycana öz məhsullarını tədarük etməyə başlayıb.

Bu barədə "Kasprıba" Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin "TASS" agentliyinə bildirib.

Balıq və balıq delikateslərinə xaricdə son dərəcə yüksək tələbat olduğunu deyən Markin Azərbaycana balıq məhsullarının tədarükünə ilk dəfə başladıqlarını bildirib.

"Bu, əsasən, çiy balıqdır və orada aktiv şəkildə emal olunur. Həştərxan balığı xəşəm, çapaq və sazandır və yerli milli yeməklərin hazırlanmasında istifadə olunur. Həmçinin, bu istiqamətdə delikates məhsulların - qara kürü və nərə balığının - tədarükləri başlayıb", - o deyib. 

Markin, həmçinin, bağlanmış sazişlər çərçivəsində Qazaxıstan və Belarusa müxtəlif növ Həştərxan balıqlarının tədarüklərinin davam etdiyini qeyd edib. 

Xəbər lenti

Çox oxunanlar