Xəzər Xəbər

ABŞ-nin dövlət borcu 34 trilyon dolları ötüb

İqtisadiyyat | 09:11 • 3 Yanvar 2024
ABŞ-nin dövlət borcu 34 trilyon dolları ötüb

Amerika Birləşmiş Ştatlarının dövlət borcu 34 trilyon dolları ötüb.

Xezerxeber.az bildirir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin saytında məlumat yer alıb.

Məlumata görə, Birləşmiş Ştatlarının dövlət borcu 34,001 trilyon dollar təşkil edib. Bu da 2023-cü ildə 4 trilyon dollardan çox artım deməkdir.

Xatırladaq ki, ötən ilin yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar məbləğində müəyyən edilmiş borc tavanı aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar borc tavanını artırmağa razılaşıblar, lakin büdcədə əhəmiyyətli ixtisarlar aparılıb.

ABŞ Prezidenti Co Bayden ötən il iyunun 3-də dövlət borcunun tavanını artırmaq üçün Konqres tərəfindən daha əvvəl təsdiq edilmiş qanun layihəsini imzalayıb. Artıq limitə 2025-ci il yanvarın 2-də çatılacaq. Dövlət başçısının sözlərinə görə, ABŞ-nin iqtisadi böhranının və süqutunun qarşısını almağa imkan verən təşəbbüs iyunun 1-də Senat tərəfindən təsdiqlənib.

Xəbər lenti

Çox oxunanlar