Xəzər Xəbər

Qazaxıstan Rusiya neftinin tranzitinin qiymətini artırıb

İqtisadiyyat | 14:58 • 1 Yanvar 2024
Qazaxıstan Rusiya neftinin tranzitinin qiymətini artırıb

Qazaxıstan Rusiya neftinin tranzitinin qiymətini artırıb

Qazaxıstanın milli operatoru “KazTransOil” SC yanvarın 1-dən etibarən TON-2 boru kəmərinin öz hissəsi ilə Rusiyadan neftin nəqli üçün tarifləri artırıb.

Bu barədə operatorun saytında məlumat verilir.

İndi 1 min kilometr məsafədə tranzitin qiyməti bir ton üçün 11,28 dollar təşkil edir (ƏDV nəzərə alınmadan).

“KazTransOil” Səhmdar Cəmiyyətinin məlumatına görə, tarifin dəyişdirilməsi ilə bağlı sərəncam 2023-cü il dekabrın əvvəlində şirkətin idarə heyətinin rəhbəri tərəfindən təsdiq edilib. O zaman 1 min kilometr tranzitin qiyməti bir ton üçün 9,3 dollar olub. Bu parametrlər 2018-ci ildən müəyyən edilir.

TON-2 (Tuymazı - Omsk - Novosibirsk-2) magistral boru kəməri ildə 10 milyon ton ötürmə qabiliyyətinə malikdir. TON-2-nin layihə gücü ildə 18 milyon tona çata bilər. Qazaxıstan ərazisində boru kəmərinin uzunluğu 186,25 kilometr olan hissəsi var ki, oradan Rusiya nefti Pavlodar neft-kimya zavoduna verilir, daha sonra onun bir hissəsi Çin və Özbəkistana göndərilir. (Trend)

Xəbər lenti