Xəzər Xəbər

Ölkəyə gətirilən istehsal məqsədli tütünün gömrük rüsumundan azad edilmə müddəti artırılıb

İqtisadiyyat | 21:49 • 30 Dekabr 2023
Ölkəyə gətirilən istehsal məqsədli tütünün gömrük rüsumundan azad edilmə müddəti artırılıb

Azərbaycana idxal edilən istehsal məqsədli tütün daha 2 il gömrük rüsumundan azad edilib.

Xezerxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. 

Beləliklə, bu il dekabrın 31-də bitəcək bu müddət 31 dekabr 2025-ci ilədək uzadılıb.

Xəbər lenti

Çox oxunanlar