Xəzər Xəbər

Cair ildə qeyri-neft ixracı 10,5 faiz artıb

İqtisadiyyat | 14:25 • 30 Dekabr 2023
Cair ildə qeyri-neft ixracı 10,5 faiz artıb

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 3 milyard ABŞ dolları təşkil edib.

Xezerxeber.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, eyni dövr ərzində yeyinti məhsulları üzrə ixrac isə 821,7 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 3,1 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 2,5 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 22,1 faiz, qara metal məmulatlarının ixracı 16,4 faiz, meyvə-tərəvəz ixracı isə 8,1 faiz artıb.

Cari ilin yanvar-noyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,4 faiz artaraq 853,62 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 181,47 milyon ABŞ dolları təşkil edib.

Xəbər lenti

Çox oxunanlar