Xəzər Xəbər

Bayramla əlaqədar Bakı-Ağstafa qatarında reyslərin sayı ARTIRILDI

İqtisadiyyat | 14:35 • 29 Dekabr 2023
Bayramla əlaqədar Bakı-Ağstafa qatarında reyslərin sayı

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 2 reys təyin edib.

Xezerxeber.az ADY-ya istinadən xəbər verir ki, əlavə qatar reysləri yanvarın 4-də saat 07:50-da Bakıdan Ağstafaya, həmin gün saat 16:30-da Ağstafadan Bakıya həyata keçiriləcək.

Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Xəbər lenti

Çox oxunanlar