Xəzər Xəbər

Qubada bayram yarmarkası KEÇİRİLİR

İqtisadiyyat | 12:27 • 23 Dekabr 2023
Qubada bayram yarmarkası

Quba rayonunda 2 günlük kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, yarmarka şəhərin mərkəzində yerləşən meydanda təşkil olunub.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən yarmarkada kənd təsərrüfatı məhsulları və digər tələbat malları satışa çıxarılıb.

Yarmarkada satışa çıxarılan məhsullar alıcılara mövcud bazar qiymətlərindən xeyli ucuz təklif olunur.

Qeyd edək ki, yarmarka dekabrın 24-də də fəaliyyət göstərəcək (report)

Xəbər lenti