Bu barədə Avropa İttifaqının Statistika İdarəsi olan Eurostat-dan bildiriblər.
Bu, aylıq hesablamada 10 faizdən artıq artım deməkdir.
2023-cü ilin ilk on ayı ərzində İtaliya Azərbaycandan ümumilikdə 4 milyard avro dəyərində 7,7 milyard kubmetr qaz idxal edib.
Oktyabr ayında İtaliyanın Azərbaycandan təbii qaz idxalının dəyəri sentyabr ayındakı 310,6 milyon avro ilə müqayisədə 364,2 milyon avro olub ki, bu da təqribən 17,3 faiz artım deməkdir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur. (trend)
Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.
2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.