Xəzər Xəbər

Neftin bahalaşmasından dövlət büdcəsinə bu qədər əlavə vəsait DAXİL OLACAQ

İqtisadiyyat | 16:55 • 3 Noyabr 2023
Neftin bahalaşmasından dövlət büdcəsinə bu qədər əlavə vəsait

Neft qiymətinin dünya bazarında büdcədə nəzərdə tutulandan 10 dollar baha olması dövlət büdcəsinin gəlirini 420 milyon dollar artırır, Dövlət Neft Fondunun gəlirini isə daha çox artırır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zaman təhsil maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, amma bizim qarşımızda böyük proqramlar var, azad edilmiş ərazilərin bərpası, müdafiə qabiliyyətinin gücləndirilməsi və s. kimi çağırışlar dayanır.

Qeyd edək ki, dövlət büdcəsində neftin bir barelinin dəyəri 60 dolar məbləğində götürülüb.

Xəbər lenti

Çox oxunanlar