Xəzər Xəbər

Rusiya Azərbaycanla sadələşdirilmiş GÖMRÜK YARADIR

İqtisadiyyat | 16:21 • 25 Oktyabr 2023
Rusiya Azərbaycanla sadələşdirilmiş

Rusiya hökuməti Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov məlumat verib.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsinin 35 faiz artdığını deyən Davıdovun sözlərinə görə, Rusiya dost dövlətlərlə sadələşdirilmiş sxemdə logistika marşrutlarını həyata keçirməyi planlaşdırır.

Rusiyalı məmur bildirib ki, ölkələr arasında yüklərin sadələşdirilmiş gömrük dəhlizi ilə daşınması inzibati aparatın yükünü azaldacaq və daşınma prosesinin özünü asanlaşdıracaq.

"Bundan başqa, Azərbaycan, Çin və Monqolustanla gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirilir", - o deyib.

Xəbər lenti