Xəzər Xəbər

"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına 43,8 mlrd. manat tələb olunur

İqtisadiyyat | 14:00 • 19 Oktyabr 2023
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına 43,8 mlrd. manat tələb olunur

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına 43,8 milyard manat məbləğində vəsait tələb olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib.

Qeyd edilib ki, Strategiyanın layihəsi hazırlanan zaman ilkin olaraq icraçı təşkilatlar tərəfindən Maliyyə Nazirliyinə təqdim edilmiş məlumatlara əsasən sözügedən proqramın icrası üçün 2022-2026- cı illərdə dövlət büdcəsindən təqribən 32,7 milyard manat məbləğində vəsaitin ayrılması tələb olunurdu. 

"2023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən Proqramın icrasına ümumlikdə təqribən 43,8 milyard manat məbləğində vəsait tələb olunur. 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 9,2 milyard manat məbləğində vəsait ayrılıb, cari ilin dövlət büdcəsində isə sözügedən Proqramın icrası üçün 7,5 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmub. Eyni zamanda, 2024- 2026-cı illərdə ümumilikdə 16,8 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 33,5 milyard manata çatdırılacaqdır"- sənəddə qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar