Xəzər Xəbər

Azərbaycanın bu il nə qədər neft-qaz ixrac edib? AÇIQLAMA

İqtisadiyyat | 09:50 • 16 Oktyabr 2023
Azərbaycanın bu il nə qədər neft-qaz ixrac edib?

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 22,7 milyon ton, ixracı isə 19 milyon ton olub.

Xezerxeber.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, bu dövrdə 5% artımla hasil edilmiş 36,1 milyard kubmetr təbii qazın isə 17,8 milyard kubmetri ixrac olunub.

Xəbər lenti

Çox oxunanlar