Xəzər Xəbər

Yaxın Şərqdəki münaqişə neftin qiymətinin artmasına səbəb olur

İqtisadiyyat | 13:59 • 14 Oktyabr 2023
Yaxın Şərqdəki münaqişə neftin qiymətinin artmasına səbəb olur

Yaxın Şərqdə baş verən silahlı toqquşma dünya bazarında neftin bir barelinin qiymətinin 150 dollara kimi yüksəldə bilər.

Xezerxeber.az “Bloomberg Economics”ə istinadla xəbər verir ki, hərbi əməliyyatların aparılması üçün daha çox yanacaq tələb olunur. Dünya bazarına çıxarılan neft tez bir zamanda alınır. Neft alınması üçün sifarişlər artır ki, bu da təbii olaraq qiymətin yüksəlməsinə səbəb olur. Tələb təklifi üstələyəndə qiymətlərin artımı qaçılmazdır. Lakin bu qiymət artımı dünya iqtisadiyyatına mənfi təsir göstərir. Mütəxəssislərin hesablamalarına əsasən gələn il dünya iqtisadiyyatı 1,7 faiz geriləyəcək.

Xəbər lenti

Çox oxunanlar