Xəzər Xəbər

Azərbaycanın Dövlət büdcəsində 1,1 milyard KƏSİR YARANIB

İqtisadiyyat | 17:16 • 11 Oktyabr 2023
Azərbaycanın Dövlət büdcəsində 1,1 milyard

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,4% azalaraq, 22 milyard 77 milyon manat təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk 9 ayında büdcənin xərcləri isə 13,4% artaraq, 23 milyard 214,5 milyon manata yüksəlib.

Nəticədə büdcədə kəsir 1 milyard 137,5 milyon manata yüksəlib.

Xəbər lenti