Xəzər Xəbər

Gürcüstanda un idxalına tətbiq olunan rüsum artırılıb

İqtisadiyyat | 16:00 • 11 Oktyabr 2023
Gürcüstanda un idxalına tətbiq olunan rüsum artırılıb

Gürcüstan Hökumətinin qərarına əsasən, oktyabrın 11-dən unun bir tonu üçün idxal rüsumu 50 lari (təxminən 19 ABŞ dolları) artırılıb, kəpək və arpaya isə 100 lari idxal vergisinin tətbiqinə başlanılıb.

Xezerxeber.az xəbər verir ki, bunu Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Tengiz Nasaridze deyib.

Onun sözlərinə görə, bir ton un idxalı üçün dövlət rüsumu 200 lari əvəzinə 250 lari təşkil edəcək. Bu qərar yerli istehsalçılara yetişdirdikləri buğdanı satmaqda böyük kömək göstərəcək.

Nazir müavini bildirib ki, ölkədə kifayət qədər un ehtiyatı olduğundan unun idxal rüsumunun artırılması çörəyin qiymətinə heç bir şəkildə təsir etməyəcək.

İdxal rüsumuna edilən dəyişiklik 2024-cü ilin mart ayınadək qüvvədə olacaq, lakin hər hansı müdaxiləyə ehtiyac olarsa, prosesə uyğun qərar veriləcək.

Xəbər lenti