Xəzər Xəbər

Məmməd Abbasbəyli: Türkiyə 9 mindən çox milli standartını Azərbaycana təqdim edib

İqtisadiyyat | 13:12 • 11 Oktyabr 2023
Məmməd Abbasbəyli: Türkiyə 9 mindən çox milli standartını Azərbaycana təqdim edib

Strateji tərəfdaşlıq əlaqələri çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Türk Standartları İnstitutu (TSE) arasında qarşılıqlı əməkdaşlığa dair razılıq əldə edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

O bildirib ki, əməkdaşlığa əsasən türk milli standartlarının ölkəmizdə istifadə edilməsi məqsədilə Türkiyə 9 mindən çox milli standartını Azərbaycana təqdim edib. Bu, AZSTAND-ın ölkə ərazisində Türkiyə standartlarının rəsmi nəşrlərini yaymaq hüququna malik olmasına imkan yaradıb.

Xəbər lenti

Çox oxunanlar