Xəzər Xəbər

Naftalanda yeni axtarış quyuları qazılacaq

İqtisadiyyat | 15:23 • 8 Oktyabr 2023
Naftalanda yeni axtarış quyuları qazılacaq

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, ölkəmizdə sağlamlıq turizminin davamlı inkişafı məqsədilə ilə SOCAR-da Naftalan yatağının perspektivliyinin yüksəldilməsinə dair xüsusi proqram hazırlanıb.

Xezerxeber.az xəbər verir ki, bunu “Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi: beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edən SOCAR prezidentinin müşaviri Xalik Məmmədov deyib.

O bildirib ki, proqramda mütərəqqi qazma üsullarından istifadə olunmaqla, yeni axtarış quyularının qazılması nəzərdə tutulur. Artıq bu il 3500 metr dərinliyə bir quyunun qazılması planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar