Xəzər Xəbər

“Lukoil” SOCAR-a 1,5 milyard dollar KREDİT VERİR

İqtisadiyyat | 10:50 • 6 Oktyabr 2023
“Lukoil” SOCAR-a 1,5 milyard dollar

Rusiyanın “Lukoil” neft şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 1,5 milyard ABŞ dolları məbləğində kredit ayıracaq.

Bundan başqa, Lukoil” SOCAR-ın Türkiyədəki yatırımı olan STAR neft emalı zavoduna Rusiya xam neftini tədarük etməyə başlayacaq.

Hazırda zavodun emal gücü gündəlik 200 min barel neft təşkil edir.

Xatırladaq ki, yeni sazişə görə, “Lukoil” oktyabr ayından STAR neft emalı zavodunu gündəlik təxminən 100 min barel “Urals” nefti ilə təchiz etməyə başlayacaq. Bu, STAR neft emalı zavodunun emal gücünün yarısını təşkil edir. Artıq Rusiya şirkətinin tədarük etdiyi “Azure Celeste”, “Ocean Faye” və “Sea Fidelity” adlı üç neft tankeri sentyabrın sonu – oktyabrın əvvəlində 100 min ton “Urals” nefti yüklədikdən sonra Primorskdan Türkiyəyə yola düşüb. Bu tankerlərin yeni təchizat müqaviləsi çərçivəsində ilk tədarüklər olduğunu bildirilir. (report)

Xəbər lenti