Xəzər Xəbər

Qazaxıstan parlamenti Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi ratifikasiya edib

İqtisadiyyat | 13:56 • 5 Oktyabr 2023
Qazaxıstan parlamenti Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi ratifikasiya edib

Qazaxıstan parlamenti Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi ratifikasiya edib.

“Sputnik”in Qazaxıstan bürosu xəbər yayıb ki, bu barədə Qazaxıstan iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov bildirib. 

Qeyd olunub ki, Fondun təsisçiləri Türk Dövlətləri Təşkilatının (TDT) 5 ölkəsidir: Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan.

“Fondun nizamnamə kapitalı 350 milyon dollardır, hər bir ölkə tərəfindən 70 milyon vəsait təqdim olunur. Bununla yanaşı, kənardan cəlb olunmuş səhmlərin nominal dəyəri 150 milyon dollar təşkil edir. Qazaxıstan gələn il 5 milyon dollar məbləğində ilk məbləği Fonda köçürəcək”, - deyə iqtisadiyyat nazirinin müavini əlavə edib.

Xəbər lenti

Çox oxunanlar