Söyüdlüdə baş verən hadisələr şirkətə böyük ziyan vurdu. Biz yüksəliş dövrü yaşayırdıq və hadisələr səhmlərin artdığı dövrə təsadüf etdi.
Xezerxeber.az xəbər verir ki, bunu" Anglo Asian Mining" şirkətinin baş direktoru Reza Vəziri Gədəbəydə keçirilən brifinqdə deyib.
"Həmin məsələlərdən sonra bazarda qiymətlər 80 faiz endi. Bu, təbii ki, böyük ziyandır. Lakin olanlar şirkəti bazardan çıxarmayacaq", - deyə R.Vəziri bildirib.
R.Vəziri bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq davam edəcək, mövcud qüsurlar aradan qaldırılacaq.