Xəzər Xəbər

Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək

İqtisadiyyat | 13:47 • 27 Sentyabr 2023
Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək

Türkiyədən Rumıniyaya gündə 4 milyon kubmetrə qədər təbii qaz ixracına dair razılıq əldə olunub.

“Bloomberg” xəbər yayıb ki, BOTAŞ-ın açıqlamasında, “Türkiyə Əsri”nə uyğun olaraq müəyyən edilmiş hədəflərə doğru möhkəm addımlarla irəliləməyə davam etdikləri bildirilib.

Açıqlamada BOTAŞ-ın qarşıdakı 3 ildə Türkiyənin ilk 10 ixracatçısı arasında yer almağı hədəflədiyi qeyd edilib. BOTAŞ bölgənin ən böyük enerji şirkətlərindən biri olan OMV Petrom ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən 2025-ci il martın 31-də gündə 4 milyon kubmetrə qədər təbii qazın tədarükü nəzərdə tutulur. Müqavilə çərçivəsində Türkiyədən boru kəmərləri ilə Rumıniyaya təbii qaz ixracı oktyabrın 1-də başlayacaq.

Açıqlamada tərəflərin bir sıra məsələlər, eləcə də təbii qaz ticarəti sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldiyi bildirilir. Bundan başqa BOTAŞ yeni ixrac müqavilələri üçün bir çox ölkə və şirkətlə danışıqlarını davam etdirir.

Qeyd edək ki,Türkiyə avqustda Macarıstanla, yanvarda isə Bolqarıstanla təbii qaz ixracı müqaviləsi imzalayıb.

Xəbər lenti