Xəzər Xəbər

Rusiya benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq edib

İqtisadiyyat | 15:26 • 21 Sentyabr 2023
Rusiya benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq edib

Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq edib.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Müvəqqəti məhdudiyyətlər yanacaq bazarını təmin etməyə kömək edəcək ki, bu da öz növbəsində istehlakçılar üçün qiymətləri aşağı salacaq. Əvvəl yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün hökumət birjaya avtomobil benzini və dizel yanacağının tədarükü standartlarını artırıb. Həcmlərin operativ tənzimlənməsi ilə kənd təsərrüfatı istehsalçılarının ehtiyacları üçün yanacaq alışlarının monitorinqi də təşkil edilib”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar