Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti növbəti dəfə 100 dollardan yuxarı ticarət edilib.
Xezerxeber.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,03 dollar artaraq 100,56 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.