Xəzər Xəbər

G7 ölkələri Rusiya almazının idxalını tam qadağan edəcək

İqtisadiyyat | 16:00 • 15 Sentyabr 2023
G7 ölkələri Rusiya almazının idxalını tam qadağan edəcək

“Yeddilər qrupu” ölkələri yaxın vaxtlarda Rusiya almazının tədarükünü tamamilə qadağan edəcək.

Xezerxeber.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə Belçika hökumətinin nümayəndəsinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, məhdudiyyətlər yanvar ayında qüvvəyə minəcək.

Ötən il ABŞ Rusiyada hasil olunan cilalanmamış və orada cilalanan almazın ölkəyə idxalını qadağan edib. Sentyabrın əvvəlində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsselin də Rusiyanın almaz sənayesinə qarşı sanksiyaların tətbiqi üzərində çalışdığını bildirib.

“The New York Times” qəzeti isə öz növbəsində “Yeddilər qrupu”nun, həmçinin Avropa İttifaqına üzv ölkələrin 2024-cü ilin yanvarından Rusiyadan almaz tədarükünü tam qadağan etmək niyyətində olduğunu yazıb.

Xəbər lenti

Çox oxunanlar