Xəzər Xəbər

Əhalinin banklardakı növbələrinə son qoyulur YENİ QAYDALAR

İqtisadiyyat | 17:08 • 11 Avqust 2023
Əhalinin banklardakı növbələrinə son qoyulur

Azərbaycan Mərkəzi Bankı valyutadəyişmə məntəqələrinin açılması üçün tələb və şərtlərin müəyyən edilməsi istiqamətində müvafiq işlər həyata keçirir.

Mərkəzi Bankdan bildirilib ki, valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi ilə bağlı tələblər "Valyuta tənzimi haqqında" AR Qanunu (Qanun) və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən olunur.

Bildirilib ki, Azərbaycan Prezidentinin 01.08.2023-cü il tarixli fərmanı ilə Qanunda edilmiş dəyişikliklərlə əlaqədar olaraq Mərkəzi Banka 6 (altı) ay müddətində normativ xarakterli aktları təsdiq etməsi tövsiyə edilib.

Nizamnamə (şərikli) kapitalının minimum miqdarı, habelə, mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər ikinci və növbəti obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarı, girov vəsaitinin məbləği və digər tələblərlə bağlı əlavə məlumat müvafiq qaydalar təsdiq olunduqdan sonra veriləcəkdir.(trend)

Xəbər lenti

Çox oxunanlar