Xəzər Xəbər

AÇG və “Şahdəniz”dən indiyədək 618 mln. ton neft ixrac edilib HESABAT

İqtisadiyyat | 16:30 • 11 Avqust 2023
AÇG və “Şahdəniz”dən indiyədək 618 mln. ton neft ixrac edilib

Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2023-cü il tarixinədək buradan 409 mlrd. kubmetr qaz hasil olunub.

Xezerxeber.az Energetika Nazirliyinə istinadən məlumat verir ki, hesabat dövründə AÇG-dən 211 mlrd. kubmetr, “Şahdəniz”dən isə 198 mlrd. kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 mlrd. kubmetrə yaxını ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, hesabat dövründə AÇG və “Şahdəniz”dən 620,3 mln. tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 577,5 mln. ton neft, “Şahdəniz”dən isə 42,8 mln. tona yaxın kondensat çıxarılıb.

“Bundan 1 avqust 2023-cü il tarixinədək 618,4 milyon tonu ixraca nəql edilib”, - məlumatda bildirilir.

Xəbər lenti