Xəzər Xəbər

Rusiya "Taxıl sazişi"nin bərpası üçün şərtlərini açıqlayıb

İqtisadiyyat | 11:15 • 31 İyul 2023
Rusiya "Taxıl sazişi"nin bərpası üçün şərtlərini açıqlayıb

Rusiya, Türkiyə, Ukrayna və BMT arasında imzalanan və artıq müddəti başa çatan “Taxıl sazişi”nin bərpa olunacağına ümid var.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya KİV-i danışıqlarda iştirak edən Türkiyə rəsmisinə istinadən məlumat yayıb. 

Bildirilib ki, sazişin bərpa olunmasına ümid var. Bunun üçün Qərb Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı zəmanət verməlidir. 

Mənbənin sözlərinə görə, vəziyyət tamamilə Qərbin Rusiya ixracına maneələri aradan qaldırmasından asılıdır. Həmçinin bildirilib ki, ərzaq məhsullarının ehtiyacı olan ölkələrə çatdırılması barədə yaxın vaxtlarda Türkiyə ilə Rusiya arasında ən yüksək səviyyədə görüş keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar