Xəzər Xəbər

Buğda idxalı artıb

İqtisadiyyat | 18:15 • 28 İyul 2023
Buğda idxalı artıb

Yanvar-iyun aylarında 493,2 min tondan çox buğda idxal edilib.

Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən buğdanın dəyəri 145,5 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 142,9 milyon dollar olmaqla, 400,7 min ton buğda idxal edilib.

Hesabat dövründə düyü idxalı artıb. Belə ki, yanvar-iyun aylarında dəyəri 32,5 milyon dollar olan 36,4 min ton düyü idxal edilib. Ötən ilin eyni dövründə 31,5 min ton düyü idxalı həyata keçirilib. İdxal edilən düyünün dəyəri 26,6 milyon dollar olub.

Qarğıdalı idxalında da artım baş verib. Bu müddətdə 17,5 milyon dollarlıq 56,3 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə isə məbləği 14 milyon dollar olan 38 min ton qarğıdalı idxal edilib.

Xəbər lenti