Xəzər Xəbər

“Meta”nın gəliri artıb

İqtisadiyyat | 13:56 • 27 İyul 2023
“Meta”nın gəliri artıb

Feysbuk, instaqram və vatsapın sahibi olan “Meta”nın bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 32 milyard dollara çatıb.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, şirkət 2021-ci ilin son rübündən bəri ilk dəfə olaraq ikirəqəmli gəlir artımını bildirib. “Meta” 2022-ci ilin eyni dövründə 28,8 milyard dollar gəlir əldə edib.

“Meta”nın xalis mənfəəti də bu ilin ikinci rübündə 16 faiz artaraq 7,8 milyard dollara çatıb. Şirkət 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar xalis mənfəət əldə edib.

Şirkətin 2022-ci ilin ikinci rübündə 2,46 dollar olan səhm üzrə qazancı bu ilin eyni dövründə 2,98 dollara çatıb.

Qeyd edək ki, bu müddət ərzində “Meta”nın törəməsi olan feysbukun gündəlik və aylıq aktiv istifadəçilərinin sayında artım qeydə alınıb. Feysbukun gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 5 faiz artaraq iyun ayı üzrə 2,06 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı da 3 faiz artaraq 3,03 milyarda çatıb.

Xəbər lenti

Çox oxunanlar