Xəzər Xəbər

Problemli kreditlər artıb

İqtisadiyyat | 11:56 • 25 İyul 2023
Problemli kreditlər artıb

Bu il iyulun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2,4% artaraq 502.3 milyon manata yüksəlib.

Xezerxeber.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 15,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,1% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.3% təşkil edib.

Xəbər lenti

Çox oxunanlar