Xəzər Xəbər

Mərkəzi Banka daxil olan şikayətlərin böyük qismi avtosığorta ilə bağlıdır

İqtisadiyyat | 11:49 • 17 İyul 2023
Mərkəzi Banka daxil olan şikayətlərin böyük qismi avtosığorta ilə bağlıdır

İl ərzində Azərbaycan Mərkəzi Bankına 90 min sığorta hadisəsi üzrə vətəndaşlar tərəfindən 2700-2800 şikayət daxil olur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev məlumat verib.

"Müraciətlərin böyük qismini icbari sığorta, o cümlədən avtomobillərin icbari sığortası təşkil edir. Avtomobillərin icbari sığortası ilə bağlı zərərlərin birbaşa tənzimlənməsinin tətbiqi şikayətləri azaldıb. Yeni qayda tətbiq edildikdən keçən 9 ayda 40 mindən çox hadisə üzrə Mərkəzi Banka 75 şikayət daxil olub", - deyə Z.Əliyev qeyd edib.

Xəbər lenti

Çox oxunanlar