Xəzər Xəbər

Taxıl müqaviləsinin bir hissəsi olaraq sonuncu gəmi Odessadan ayrılıb

İqtisadiyyat | 16:16 • 16 İyul 2023
Taxıl müqaviləsinin bir hissəsi olaraq sonuncu gəmi Odessadan ayrılıb

Türkiyənin "Samsun" gəmisi bazar günü səhər saatlarında Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Odessa limanını tərk edərək İstanbula doğru yola düşüb.

APA xəbər verir ki, bu barədə Reuters hadisə şahidlərinə və Dəniz Hərəkəti monitorinqi xidmətinin məlumatlarına istinadən məlumat yayıb.

Ukrayna rəsmiləri bu məlumatı dərhal təsdiqləyə bilməyiblər. Şənbə günü İstanbuldakı Birgə Koordinasiya Mərkəzi, Odessa limanında taxılla yüklənmiş Qara dəniz təşəbbüsü ilə yalnız bir gəminin - Samsun-un fəaliyyət göstərdiyini bildirdi. Taxıl müqaviləsinin müddəti iyulun 17-də başa çatır.

Xəbər lenti