Xəzər Xəbər

Ağdamda siqaret istehsal olunacaq AÇIQLAMA

İqtisadiyyat | 14:08 • 14 İyul 2023
Ağdamda siqaret istehsal olunacaq

Ağdamda siqaret istehsal olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazirin sözlərinə görə, “Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 17-yə çatıb.

"Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 40,5 mln.manat olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradılacaq və 300 nəfər işlə təmin ediləcək. Bu layihə Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək", - nazir qeyd edib.

Xatırladaq ki, hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində Azərbaycanda sənaye parklarının sayı 7-yə çatıb.

Sənaye parkları sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiqi məqsədi daşıyır.

Xəbər lenti