Xəzər Xəbər

Rayonlarda kombayn çatışmazlığı var? AÇIQLAMA

İqtisadiyyat | 16:59 • 13 İyul 2023
Rayonlarda kombayn çatışmazlığı var?

Hazırda Azərbaycanda taxıl biçini mövsümüdür. Bir sıra rayonlarda kombayn çatışmazlığının olduğu bildirilir.

Məsələ ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib ki, hazırda ölkədə kombayn çatışmazlığı müşahidə olunmur.

Onun sözlərinə görə, hava şəraitinə və məhsulun yetişməsinə görə növbəli şəkildə kəndlərə kombayn verilir.

"Aran bölgəsində biçin, demək olar ki, yekunlaşıb. Hazırda biçin əsasən artıq dağətəyi və dağlıq rayonlarda gedir", - deyə A. Məmmədova bildirib.

Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir. Biçin prosesinə 2 minədək kombayn cəlb olunub. (trend)

Xəbər lenti

Çox oxunanlar