Xəzər Xəbər

Rusiyadan Azərbaycana gətirilən günəbaxan tumu yararsız çıxdı FOTO

İqtisadiyyat | 09:54 • 7 İyul 2023
Rusiyadan Azərbaycana gətirilən günəbaxan tumu yararsız çıxdı

Rusiyadan Azərbaycana gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, idxalatçı şirkət “Seyfi 22” MMC-nin Rusiyadan idxal etdiyi “Darkuş Aqro” MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində "Aflatoksin B1" aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

"Həmçinin istehsalçının respublikamıza həmin məhsulun idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib", - məlumatda qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar