Xəzər Xəbər

Azərbaycanla Türkiyə bəzi malların ticarətində güzəştlər edəcəklər

İqtisadiyyat | 12:20 • 6 İyul 2023
Azərbaycanla Türkiyə bəzi malların ticarətində güzəştlər edəcəklər

Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qanununun layihəsi qəbul edilib.

Xezerxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 6-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Protokol 2023-cü il aprelin 29-da Türkiyənin Samsun şəhərində bağlanıb.

Protokola əsasən, Azərbaycan və Türkiyə 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin qeyd olunmuş mallarla ticarət üçün güzəştlərə əlavə olaraq, bu sənəddə qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər edəcəklər. Əlavələrdə hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə gömrük rüsumu göstərilib.

Xəbər lenti

Çox oxunanlar