Xəzər Xəbər

Naxçıvana təyyarə reyslərinin sayı ARTIRILDI

İqtisadiyyat | 15:40 • 30 İyun 2023
Naxçıvana təyyarə reyslərinin sayı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qurumdan məlumat verilib.

Bildirilib ki, AZAL sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir: "Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb".

Qeyd edək ki, bu marşrut üzrə gündəlik 11-12 reys həyata keçirilir. Bu da sərnişinlərə səfərlərin planlaşdırılmasında rahatlıq və ən əlverişli uçuş vaxtını seçmək imkanı yaradır. Məsələn, iyulun 1-də 12, iyulun 2-də isə 11 reysin həyata keçirilməsi nəzərdə tutulub.

Uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmağa ehtiyac qalmayıb.

Xəbər lenti

Çox oxunanlar