Azərbaycanda bayram günlərində (26 iyun-2 iyul) bankların filial və şöbələri, valyuta mübadilə məntəqələri və “Azərpoçt”un bəzi şöbələri fəaliyyət göstərəcək.
Xezerxeber.az bu barədə Mərkəzi Banka istinadən məlumat verir.
Qeyd edilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 121 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 105 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.