Xəzər Xəbər

Kənd təsərrüfatı istehsalçıları üçün KREDİT yumşaldılacaq BAŞ BANKİR

İqtisadiyyat | 12:24 • 12 İyun 2023
Kənd təsərrüfatı istehsalçıları üçün KREDİT yumşaldılacaq

İqtisadi aktivlik 2,8 faizdir. İlin sonuna 1,8 faiz olacağı proqnozlaşdırılır. Uçot dərəcəsinin yuxarı qaldırılması iqtisadi aktivliyə təsir edəcək.

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasında deyib.

Mərkəzi Bankın sədri bildirib ki, kənd təsərrüfatı istehsalçıları üçün kreditlərin verilməsində yumşalmalar gözlənilir.

Taleh Kazımovun sözlərinə görə, sabit məzənnə rejimi inflyasiyaya nominal effektiv vasitə ilə azaldıcı təsir göstərir.

"Azərbaycanda sabit məzənnə olduğu üçün inflyasiyanın səviyyəsi aşağıdır."

Digər ölkələrdə isə üzən məzənnə səbəbindən inflyasiyada fərqlilik müşahidə olunur. 

Xəbər lenti