Xəzər Xəbər

Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 5,1 faiz çox olub

İqtisadiyyat | 11:18 • 24 May 2023
Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 5,1 faiz çox olub

2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 30679,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz çox, xərcləri 32064,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,7 faiz az olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ötən il dövlət büdcəsinin kəsiri 1385,0 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,4 faiz az olub.

Xəbər lenti

Çox oxunanlar