Xəzər Xəbər

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş vermədi

İdman | 12:07 • 11 Aprel 2025
Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş vermədi

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.

Xezerxeber.az-ın məlumatına görə, bu, avrokuboklarda 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəlli olub.

Azərbaycan 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb.

29-cu sırada Bolqarıstan (19.875), 31-ci mövqedə İrlandiya (14.968) yer alıb.

Qeyd edək ki, siyahıya İngiltərə (110.839) başçılıq edir.

Xəbər lenti