Xəzər Xəbər

Azərbaycanın millisinin qapıçısı heyətdən kənarlaşdırılıb SƏBƏB BU İMİŞ

İdman | 12:06 • 7 Aprel 2025
Azərbaycanın millisinin qapıçısı heyətdən kənarlaşdırılıb

Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynlinin Avropa çempionatının əsas mərhələsində keçiriləcək İsveç və Xorvatiyaya qarşı oyunlardan əvvəl heyətdən kənarlaşdırılmasının səbəbi müəyyənləşib.

Təcrübəli qapıçı intizamsızlıq səbəbindən heyətdən çıxarılıb.

Belə ki, o, təlim-məşq toplanışı ərzində komanda ilə birlikdə bazada qalmayıb və məşqlərə evdən gəlib-getmək istədiyini bildirib. Həmçinin futzalçı dünən axşam məşqindən sonra komanda yoldaşları ilə birlikdə avtobusa minməyib.

Bu səbəbdən millinin baş məşqçisi Vitali Borisov onu heyətdən kənarlaşdırıb.

Xəbər lenti