Xəzər Xəbər

Azərbaycanın güləşçiləri Serbiyada gümüş və bürünc medallar qazanıblar

İdman | 19:04 • 6 Aprel 2025
Azərbaycanın güləşçiləri Serbiyada gümüş və bürünc medallar qazanıblar

Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurlu çıxışını davam etdirir.

Xezerxeber.az xəbər verir ki, təmsilçilərimizdən Fərid Hüseynli (52 kiloqram) və Məhəmməd Həsənli (62 kiloqram) gümüş, Tamerlan Namazlı (48 kiloqram) və Elcan Həsənov (57 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram) və İbrahim Həsənov (44 kiloqram) qızıl medallar, Hüseyn Rzazadə isə gümüş medal (41 kiloqram) əldə etmişdi. Bu nəticələr Azərbaycanın güləşçilərinin yüksək səviyyəli performansını nümayiş etdirir.

Xəbər lenti

İsmayıllıda zəlzələ
20:13 • 12 Aprel 2025