Xəzər Xəbər

“Qarabağ" "Kəpəz"lə bərabərə qalıb

İdman | 20:11 • 15 Mart 2025
“Qarabağ" "Kəpəz"lə bərabərə qalıb

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda "Qarabağ" "Kəpəz"lə bərabərə qalıb.

Xezerxeber.az-ın məlumatına görə, Tovuz şəhər stadionuda keçirilən oyunda hesab açılmayıb.

64 xalı olan "Qarabağ" turnir cədvəlində liderdir. 23 xala malik "Kəpəz" isə doqquzuncudur.

Qeyd edək ki, turun açılış matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə heç-heçəyə razılaşıb - 1:1.

Xəbər lenti