Xəzər Xəbər

Azərbaycan gimnastı qızıl medal qazanıb

İdman | 15:37 • 8 Mart 2025
Azərbaycan gimnastı qızıl medal qazanıb

Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

Xezerxeber.az xəbər verir ki, o, halqalarla hərəkət proqramında rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb.

Qadın gimnastımız Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.

Qeyd edək ki, turnir martın 9-da başa çatacaq.

Xəbər lenti